Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


07.07.2022  11:23 

Tahir Əmiraslanov kitablarını niyə yandırıb? - Absurd açıqlama...





A+  A-

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Demək olar ki, hamı T.Əmiraslonovun bu hərəkətini tənqid edib.

XəzərNews.az xəbər verir ki, tənqidlərə və xoş olmayan rəylərə dözməyən T.Əmiraslanov bunun səbəbini absurd da olsa belə izah edib:

“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:

1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.

Xatırladaq ki, Tahir Əmiraslanov illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb.
"Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?" - deyə T.Əmiraslanov bəyan edib.

Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, yerinə isə kulinariyaya aidiyyatı olmayan Orxan Fikrətoğlu təyin edilib.



Xəbər 1642 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +