Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


16.05.2018  15:24 

Telman İsmayılov Rusiya agentliyini məhkəməyə verdi





A+  A-

Azərbaycanlı milyarder Telman İsmayılov “Rosbalt” agentliyini məhkəməyə verib.
XəzərNews.az “RBC”ya istinadən xəbər verir ki, İsmayılov məhkəmədə agentliyə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunu zədələnməsi iddiası qaldırıb.

İş adamı agentlikdən 1 milyon rubl (165 min manat) dəyərində təzminat tələb edir.

İsmayılovun iddiası agentlikdə nəşr olunmuş 7 məqalə ilə əlaqədardır. Bunlardan 5-nin müəllifi Yuri Verşov, qalan ikisinin müəllifi isə göstərilməyib.

Iddiaçı tərəf cavabdeh tərəf kimi Yuri Verşovu, “Rosbalt” agentliyini və agentliyin baş redaktoru Nikolay Ulyanovu göstərib.

İsmayılovun vəkili Marina Rusakova bildirib ki, agentlikdə iş adamının adına Rusiyanın İstintaq Komitəsinə istinadən yalan məlumatlar dərc edilib.

“Rosbaltın” baş redaktoru hadisə ilə bağlı tam məlumatlı olmadığını və vəkilllərlə məsləhətləşməli olduğunu bildirib.

Qeyd edək ki, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov 2017-ci ildə iki qətl hadisəsi və qanunsuz silah ticarətində günahlandırılıb. 2016-cı ildə baş vermiş bu ikili qətl hadisəsinə görə iş adamının qardaşı Rafiq İsmayılov və Mehman Kərimov saxlanılınb. Mehman Kərimov təhqiqatla razılığa gəlib. Beləliklə İsmayılovun digər qardaşı Vaqif İsmayılov da həbs edilib. 2017-ci ildə Rusiyanın İstintaq Komitəsi Telman İsmayılovu beynəlxalq axtarışa verib. İş adamının həmçinin İnterpola da axtarışa verilməsi üçün prokurorluğa sənədlər göndərilib. İsmayılovun özü 2017-ci ilin noyabrında həyatı boyu bir dəfə də olsun cinayət işləmədiyini bəyan edib.

Xəbər 1571 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +