Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


13.02.2018  19:45 

AMİP də seçkidə iştirakdan imtina etdi





A+  A-

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib.
Partiyadan XəzərNews.az-a verilən məlumata görə, 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 apreldə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakını məqsəduyğun saymayıb.

Bildirilib ki, hazırki qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermır.

AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da məhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir.

Xəbər 1562 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +