Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.04.2023  11:36 

“Ədliyyə Nazirliyinin müsahibə komissiyası 4 dəfə bu gəncin ümidlərini puç edir”





A+  A-

Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə nazirliyinin müsahibə komissiyası 4 dəfə bu gəncin ümidlərini puç edir.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.

E.Əliyev bildirib ki, biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik:

Müsahibə mərhələsi çox vaxt Dövlət İmtahan Mərkəzinin imtahanlarını şübhə altına alır. Gözəl insan və əvəzsiz bənnanın tanıdığım mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Dövlət İmtahan Mərkəzinin İmtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar.

Xəbər 970 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +