Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.07.2021  10:08 

MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildi





A+  A-

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.
İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

Bu barədə XəzərNews.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib.

Xəbər 2504 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +