Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.04.2019  17:51 

Sosial müavinətlər artırıldı - FƏRMAN





A+  A-

Ölkə başçısı İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli 992 nömrəli sərəncamın icrası ilə əlaqədar Fərman İmzalayıb.
XəzərNews.az-ın məlumatına görə, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir".

Xəbər 1363 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +