“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


09.08.2021  15:21 

“Nar” şəbəkəsini daha da genişləndirib





A+  A-

Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksək keyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar” 2021-ci ilin altı ayı ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb. Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb.
Qeyd edək ki, “Nar” bu il işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməyə başlayıb. Artıq Şuşa şəhəri, Hadrut yolu da daxil olmaqla Xocavənd və Cəbrayıl rayonlarında 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, “Nar” 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xəbər 1834 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +