“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


17.03.2020  14:38 

Koronavirus dezinfeksiyaedicilərə qarşı dözümsüzdür”





A+  A-

“Koronavirus təqribən 8-10 saata kimi əşyaların üzərində qalır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev ötən gün İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. İnfeksionistin sözlərinə görə, kiminsə əşyasına toxunduqdan sonra, metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə etdikdən sonra insanlar əllərini üzünə, gözlərinə, ağız və burnuna yaxınlaşdırmamalıdır:

“Bu halda yoluxma ehtimalı olur. Belə təmas olduğu təqdirdə mümkün qədər əlləri sabunla yumaq, mümkün olmadığı təqdirdə 70%-lik spirtlə silmək məqsədəuyğundur. Gigiyenik qaydalara riayət etdikdə viruslar tələf olar, yoluxma halları qat-qat aşağı düşər.

Koronavirus davamsız viruslara aiddir, xarici mühit təsirlərindən tez tələf olurlar. O cümlədən, istinin təsirinə dözümsüzdürlər. 37 dərəcə istilikdə 15 dəqiqəyə tələf olur. Həmçinin dezinfeksiyaedici məhsullara qarşı da dözümsüzdürlər, məhv olurlar” - deyə, o bildirib.

C. İsayev qeyd edib ki, insanların çox toplaşdığı ərazilərdən qaçmaq lazımdır:

“Çalışmaq lazımdır ki, əsasən evdə bişmiş məhsullardan istifadə edək. Paketlənmiş məhsulları dezinfeksiya etməyə ehtiyac yoxdur. Termik işləm tələb edən məhsulları yaxşı qızdırmaq, bişirib yemək lazımdır. Evə girdikdən sonra üst geyimlərini dezinfeksiya etməyə ehtiyac yoxdur. Ev temperaturunda virus uzun müddət qala bilmir, tələf olur”.

Cəlal İsayevin dünən verdiyi açıqlamaya əsasən, ölkə daxilində virusa yoluxma faktı qeydə alınmayıb:

“Ölkəmizdə təsadüf olunan koronavirus infeksiyalarının hamısı xaricdən gətirilmədir. Hələ ki, ölkə daxilində insanların bir-birini yoluxdurma halı müşahidə olunmayıb. Bu da gördüyümüz tədbirlərin nəticəsi olaraq ortaya çıxıb”.

Qeyd edək ki, bu gün də Azərbaycanda koronavirusa 3 yoluxma halı qeydə alınıb. Bununla ümumi say 21-ə çatıb.

Xəbər 1764 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +