Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


30.09.2021  11:04 

İcra başçısının restoranında jurnalisti kim döydürüb? - FOTO





A+  A-

Dünən axşam 13Kanal Youtube kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən “Dəyirman” restoranının mühafizəçisi tərəfindən döyülüb.

Bakının Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən restoran təntənəli açılış mərasimi keçirirdi. Tədbirə yüksək vəzifəli məmurlar gəlirdi, bu, bahalı xidməti avtomobillərin nömrələrindən görünürdü. Bu zaman restoranın qapısı bağlı idi, yalnız mühafizəçiyə zəng gəldikdən sonra açılırdı, deyə Hafizli Turan-a bildirib.



O, oraya restoranın Bakının Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olduğunu bildirən oxucunun məlumatı əsasında gedib. Hafizli restoran kompleksinin hüdudlarından kənarda, dəmir barmaqlıqların yanında dayanaraq, mühafizəçilərdən müəssisənin sahibinin Yasamal rayon icra başçısı olub-olmadığını və sadə ziyarətçilərin içəri buraxılmamasının səbəbini soruşurdu. Dialoqla eyni zamanda videoreportaj çəkilirdi.

Videogörüntülərdə qısa dialoqdan sonra mühafizəçinin jurnalistə qarşı fiziki gücə əl atdığı və çəkilişin dayandırıldığı görünür.

Hafizlinin verdiyi məlumata görə, zorakılıq restorandan gələn göstərişdən sonra tətbiq edilib. Mühafizəçilər jurnalisti restoranın kazinosunun yaxınlığında hasarlanmış həyətin içinə aparıblar. Bir telefonu əlindən alıblar, jurnalist ikinci telefonunu əvvəlcədən gizlətmişdi. Xəbərdarlıq ediblər ki, telefonu qaytarmaya, onun yerinə ona bahalı Ayfon hədiyyə edə bilərlər. Daha sonra jurnalistə rüşvət təklif olunub, Hafizli bu sövdələşmə ilə razılaşmayıb və onu buraxmağı, ona məxsus olan telefonu qaytarmağı tələb edib. Bu zaman razılaşdırma cəhdləri şüşədən və müvafiq dairələrdə istifadə olunan digər zorakılıq vasitələrindən istifadə etmək təhdidləri ilə əvəz olunub.

Jurnalist hasarın yaxınlığından keçənləri köməyə çağırıb. 102 nömrəsinə zəng edib. Hadisə yerinə gələn polis dəstəsi Hafizlini və restoran işçilərindən birini Binəqədi Rayon Polis İdarəsinin 5 saylı polis bölməsinə aparıblar. Orada hər iki tərəf yazılı ifadə verib, bu arada fürsət tapan restoran nümayəndəsi yenidənn jurnalisti təhdid edib və münaqişəni sülh yolu ilə həll etməyə razılaşdırmağa çalışıb.

Səhər polis bölməsindən çıxan Hafizli Travmatologiya İnstitutuna gəlib, burada həyata keçirilən rentgen müayinəsindən sonra qolunda sınıq aşkar edilib. Həkimlər jurnalistin qolunu gipsə qoyublar.

Jurnalist evdə zorakılığın araşdırılması və təqsirkarların cəzalandırılması xahişi ilə ərizə yazıb DİN-ə göndərdiyini bildirib.

XəzərNews

Xəbər 3473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +