MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


25.06.2018  09:05 

Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı





A+  A-

Daşkəsən rayonu ərazisində baş vermiş güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub.
Rayon İH-dən XəzərNews.az-a daxil olan xəbərə görə, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Təzəkənd, Xoşbulaq kəndi ərazisində körpüülər, bəzi istirahət-ticarət obyektlərinin köşkləri dağılıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala düşüb. Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarıb.

Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah yaradıb, hadisə yerlərinə baxış keçirib.

Hadisə ilə bağlı aidiyyəti nazirliklərə məlumat verilib.

Xəbər 2301 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +