MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


28.06.2024  16:15 

Pakistanın ölkəmizdəki səfirinə “Qızıl ürək” ordeni təqdim olundu -Fotolar





A+  A-

“Azərbaycanla Pakistan arasında tarixi dostluq və qardaşlıq əlaqələri var. Bu əməkdaşlıq beynəlxalq platformalarda uğurla davam edir”. Bu fikirlər “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq dərgisinin Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi təqdimat mərasimində səsləndi.

Xəzərnews.az xəbər verir ki, fond tərəfindən Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin “Qızıl ürək” ordeni ilə təltif edilməsi və “Azərbaycan dünyası” dərgisinin Pakistanın Milli gününə həsr olunmuş “Salam, Pakistan” adlı xüsusi nömrəsinin təqdimatı keçirildi.

“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov ölkələrimiz arasında dostluğun qədim tarixinin olduğunu bildirdi: “Azərbaycan-Pakistan dostluğu çox qədimdir. Bu dostluq Hacı Zeynalabdin Tağıyevin dövründən başlayır. Biz də bu dostluğun inkişafı üçün əlimizdən gələni edirik. “Azərbaycan dünyası” jurnalının bu sayını Pakistana həsr etmişik. Hər il jurnalımızın bir sayını bu dostluğa həsr edəcək və öz dostluğumuzu nümayiş etdirəcəyik”. E.İsmayılov “Qızıl ürək” mükafatını Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeyə təqdim etdi. “Bu, mənim üçün şərəfdir. Öz ölkəm və təmsil etdiyim dövlətin adından təşəkkürümü bildirirəm!”- deyə səfir minnətdarlığını bildirdi: “Ailəm və xanımımla 4 il xidmət etdiyimiz Azərbaycandan xoş hisslərlə ayrılırıq”. B.Haye 25 illik diplomat kimi fəaliyyəti dövründə Azərbaycanda çalışdığı illəri həyatının ən xoş və səmərəli illəri kimi dəyərləndirdi: “Dünyanın bir çöx ölkələrində fəaliyyət göstərmişəm. Mənim üçün Azərbaycanın xüsusi yeri var.

Fəxr hissi ilə qeyd edirəm ki, Azərbaycanın heç bir kilometri də artıq işğal altında deyil. Azərbaycan öz ərazi bütövlüyünə nail olub. Biz müharibə vaxtı da bir yerdə olmuşuq, sülh və tərəqqi şəraitində də bir yerdəyik. İşğal altında olan ərazilərin azad olunmasına görə dövlətimiz adından Azərbaycan xalqını təbrik edirəm!”

Tədbirdə Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif sahələr üzrə inkişafında xidməti olan şəxslərə Səfirlik adından mükafatlar təqdim olundu. Tanınmış tar ifaçısı Rüfət Həsənov mükafatlandırmaya görə minnətdarlığını bildirdi: “Əməyimin dəyərələndirilməsinə görə təşəkkür edirəm. Bundan sonra da ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına dəstək göstərməyə çalışacağam”.

Turizm bloqeri, tarixçi İradə Qədirova da Pakistana səfərini xatırlayıb bu ölkədə qarşılaşdığı səmimiyyəti yüksək dəyərləndirdi: “Bir çox ölkələrə səfər etmişəm, amma heç bir yerin insanlarında bu qədər sadəlik və mehribanlıq görməmişəm. Pakistan səfərim mənim üçün unudulmazdır”.

Tədbir bədii hissə ilə davam etdi.

















Xəbər 10928 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +