2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


01.05.2017  12:53 

Bakıda vəzifəli şəxs iş adamını maşınla vurdu





A+  A-

Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnmiş qəza barədə məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, nazirliyin məlumatına görə, aprelin 29-da saat 01 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib.

T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

F.Qasımov Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, ölən T. Dadaşovun Bakının tanınmış "Qoşa Qala" restoranının sahibi,hadisəni törədən Faiq Qasımovun isə Zabrat qəsəbəsindəki Vetrolyot Meydançasının rəisi olduğu deyilir.


Xəbər 3548 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +