SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”
Anar Rzayev nəyi yenilik kimi təqdim edir?
Ödənişli yollar bu ərazilərdə tətbiq olunacaq - Açıqlama
Zelenski: “Ukrayna müharibəni yaxşı bitirəcək”
2600 manatlıq birdəfəlik müavinət kimlərə veriləcək?


30.04.2025  18:20 

“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama





A+  A-

"Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub.

XəzərNews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.

Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub.

Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.


Xəbər 3900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ


BÜTÜN XƏBƏRLƏR +