Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat
Amerika səfirliyində yarım milyonluq yeyinti...
“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?


19.02.2020  16:09 

Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır





A+  A-

Ali Məhkəmədə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş hüquqi şəxs - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi vəsatətlə çıxış edib.

O bildirib ki, kassasiya şikayətləri müsadirə edilməsi üçün üzərinə həbs qoyulmuş əmlaklarla bağlıdır: "Hazırda nazirlik həmin əmlaklarla bağlı araşdırma aparır. Bu səbəbdən prosesin araşdırma başa çatanadək təxirə salınmasını xahiş edirik".

Dövlət ittihamçısı vəsatətə etiraz edib. Müdafiə tərəfi isə vəsaitin təmin edilməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Proses martın 11-ə təyin edilib.

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Hazırda bütün məhkumlar azadlıqdadırlar.

Kassasiya şikayəti üsərinə həbs qoyulmuş əmlaklarla bağlı verilib.

Xəbər 3325 dəfə oxunub.



28.08.2025  16:06 

“Simferopol” gəmisi vuruldu

28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto


BÜTÜN XƏBƏRLƏR +