“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?
“Azəriqaz”ın smart kart problemi hələ də davam edir
Sabahın hava proqnozu açıqlandı


23.06.2018  09:39 

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər





A+  A-

Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib.
XəzərNews.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.
Məlumatlara görə, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib. Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət etdiyini görməyib.
Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib. O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.
Hazırda işlə bağlı materiallar Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib və bununla əlaqədar Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanıb.
İstintaq hadisənin təfərrüatını araşdırır. Faktla bağlı ekspertiza təyin olunacaq. Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb. Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.
Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub. Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazada qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.

Xəbər 2990 dəfə oxunub.



28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?


BÜTÜN XƏBƏRLƏR +