Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


22.12.2022  16:06 

“Belə münasibət yolverilməzdir” - Zaxarova Paşinyana qarşı





A+  A-

Rusiya Federasiyasının sülhməramlıları Laçın dəhlizinə nəzarətlə bağlı öz vəzifələrini yerinə yetirirlər.

XəzərNews.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinq zamanı Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirməməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Mən bunun əksini deyə bilərəm: Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər. Tədbirlər, işlər görülür. Siyasi bəyanatlardan xəbəri olmayanlara və ya siyasi bəyanatlara güvənənlərə xatırlatmaq istərdim ki, bundan əvvəl çoxlu problemlər var idi, tərəflər bir-birini günahlandırırdı və vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları idi və onlar buna nail oldular. Ona görə də bizim sülhməramlılarımıza qarşı belə münasibət yolverilməzdir”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu mövzuya toxunub. O, bəyan edib ki, Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əmin-amanlığın təmin olunması üçün əlindən gələni edir.

“Onlar tərəflər arasında imzalanmış sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər. Təbii ki, biz bu mövzunu erməni tərəfdaşlarımız və müttəfiqlərimizlə müzakirə etməyə davam edəcəyik”, - deyə Peskov bildirib.

XəzərNews.az

Xəbər 2649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +