“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


27.12.2019  17:39 

AFFA daha 10 nəfəri futboldan uzaqlaşdırdı





A+  A-

Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
XəzərNews.az xəbər verir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Qaradağ Lökbatan” (I Divizion)

1. Məmmərzayev Tural – futbolçu

MOİK (I Divizion)

1. Həsənov Orxan – futbolçu

2. Ağakərimzadə Yamin – futbolçu

3. Yaqubzadə Raul – futbolçu

"Forza Neftçi" (Futzal, I Liqa)

1. Məmmədov Elmir – məşqçi

“Keşlə”

1. Babayev Mehman - məşqçi

2. Səfərov Asif – klub rəsmisi

Qeyd edək ki, siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq, onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

1. Elmin Çobanov

2. Natiq Səhrətov

3. Emin Cəfərquliyev

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Xəbər 3179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +