Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


20.09.2021  22:55 

İran TIR-ları Ermənistana nə daşıyır?





A+  A-

İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video yayılıb.
Erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problemlər və təhlükələrlə üzləşdiyi, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd ediblər.

XəzərNews.az axar.az -a istinadən xəbər verir ki, videodan da aydın görünür ki, İran yük maşınları ardarda düzülüb və Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 kilometrlik hissəsindən yan keçərək, təhlükəli yola baş vuranlar sisternlərdən daha çox, fərqli yüklər daşıyan TIR-lardır. Bu isə ciddi suallar yaradır.

Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük maşınlarından tranzit haqqı alır və bu, o yüklər üçün o qədər də böyük məbləğ sayılmır. Maraqlıdır, necə olur ki, TIR-lar 100-150 dollara tranzit ödəməmək üçün ən təhlükəli yoldan istifadə edirlər? Nəzərə alsaq ki, həmin yoldan istifadə edən ağır yük maşınlarının amortizasiyasına tranzit pulundan daha çox vəsait xərclənməsi tələb olunur. Eyni zamanda, bu təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib.

İran TIR sürücülərinin qəzanı, nəqliyyatın hərəkətində ciddi maneəni nəzərə almaması və daha artıq amortizasiya xərcləri çəkməsi, “ölümü göz altına alma”sının 100 dollar tranzit haqqına görə olduğunu düşünmək isə mübahisəlidir. Burda yalnız iki ehtimal ola bilər: ya İran öz yük maşınlarına Azərbaycana xeyir verməmək üçün bu təhlükəli yoldan istifadəni qəti şəkildə tapşırıb, ya da İran TIR-larından bəzilərinin bu yolu seçməsinin səbəbi daşıdıqları yükün gizli qalmasını təmin etmək üçündür.

Maraqlıdır, İran TIR-ları Ermənistana nə daşıyır? Niyə TIR-larla yüklərin daşınması kəskin artıb?



Xəbər 3883 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +