Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


10.11.2021  13:44 

Artıq, Ermənistan tərəfi sabotaja əl atır...





A+  A-

Müharibənin başa çatmasından bir il ötür və bir il ərzində Ermənistan tərəfi razılaşmaları yerinə yetirmir. Ermənistan şərtlər irəli sürür və ona görə də prosesdə ləngimələr davam edir. Rusiyada belə bir sürəcin davam etməsində maraqlıdır.

Qeyd edim ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılırdı. Kreml bir neçə dəfə məlumat vermişdi. Soncuda belə bir görüş baş tutmadı. Azərbaycan və Ermənistan liderləri ötən ay görüşə hazır olduqlarını vurğulamışdılar. Belə bir görüş təkbətək planlaşdırılırdı. Azərbaycan tərəfi də Ermənistana vasitəçi olmadan ikitərəfli görüş təklif etmişdi. Amma, Kreml dövrüyyəyə girdi və üç tərəfli görüş Moskva tərəfindən planlaşdırılsa da Yerevan belə bir görüşdən yayındı. Çünki, SSRİ vaxtındakı xəritələr Ermənistanın əleyhinədir və Azərbaycan öz sərhədlərindən geri addım atmayacağını bəyan edib.

Artıq, Ermənistan tərəfi sabotaja əl atır. Müdafiə naziri A. Karapetyanı Azərbaycan ərazinə göndərməklə, mesaj verir ki, Yerevan "status" məsələsindən geri çəkilməyəcək.
Göründüyü kimi, Ermənistan tərəfi birbaşa prosesləri gərginləşdirir. Burada Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəldikdə isə, Moskvada gərginlikdə maraqlı görünür. Yoxsa, erməni müdafiə nazirini Qarabağa buraxmazdı.

Baş verənlərə baxmayaraq Azərbaycan tərəfi konkret addımlar atacaq. Erməni silahlı birləşmələrinə qarşı ciddi tədbirlər görə bilər. Hətta dövlət sərəddində Ermənistan cəzalana bilər. N. Paşinyanın mövcud şərtlərnən barışacaq. Əksi isə, hakimiyyətdən devriləcək. Qarabağ klanı hərəkətə keçib. Rusiyada R. Koçaryana dəstək verir. N. Paşinyanı belə bir daxili siyasi gərginlikdən Türkiyə və Azərbaycan xilas edə bilər.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini


Xəbər 7001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +