İmamoğlu ilə birgə saxlanılanların TAM SİYAHISI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN


02.01.2024  06:36 

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı açıqlanıb





A+  A-

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.

Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.

Xəbər 1925 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +