Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto


06.10.2017  19:54 

Gözəl Bayramlının həbs müddəti uzadıldı





A+  A-

Oktyabrın 6-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib. Gözəl Bayramlı məhkəmədə iştirak edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Amerikanın Səsinə vəkil Zübeydə Sadıqova bildirib.

AXCP sədr müavininin həbs qətimkan tədbirinin uzadılması barədə vəsatəti baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə müstəntiq verib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min ABŞ dollarI pul tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", rəsmi məlumatda deyilir.

G.Bayramlı deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə cərrahi əməliyyat olunub.

Bu gün Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə Gözəl Bayramlı çıxış edib və həbsdə saxlanmasına etiraz edib.

"Həbsim siyasi sifarişdir, siyasi fəaliyyətimlə bağlıdır. Həbsdə saxlanmağım da qanusuzdur. Artıq 5-ci aydır həbsdəyəm. Ancaq inidyidədk cəmi bir dəfə isitintaqda dindirilmişəm, bir dəfə də ekspertizanın nəticələri ilə tanış olmuşam. İnidyidədk 17 dəfə məhkəmə iclası olub, lakin heç bir vəsatətim təmin edilməyib”, vəkil Zübeydə Sadıqova Bayramlının məhkəmədəki çıxışına istnadən bildirib.

Müstəntiq məhkəmədə deyib ki, Gözəl Bayramlı barəsində həbs qətimkan tədbiri dəyişərsə onun Gürcüstana getmək ehtimalı və şahidlərə təzyiq etmək imkanları var.

Bu zaman müdafiə tərəfi iş üzrə şahidlərin artıq dindirildiyini, Bayramlının tanınmış siyasi xadim olduğunu və ölkəni tərk etməyəcəyini bildirib.

Lakin məhkəmə ittiham tərəfinin vəsatətini nəzərə alaraq həbs qətimkan tədbirinin müddətini daha iki ya uzadıb.

Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhətində problemlər qalmaqdadır.

"O çıxış edərkən ayaq üstə sərbəst dayana bilmədiyindən, stula dayaqlanaraq danışırdı. Bayramlı müalicəsinin mütəmadi davam etdirlməsində problemlərin olduğunu, saxlandığı kameranın dar olduğundan hərkətində məhdudiyyətlər yarandığını məhkəmənin diqqətinə çatdırdı”, - Zübeydə Sadıqova deyib

Xəbər 1629 dəfə oxunub.




14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +