Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


01.03.2018  19:27 

Həbs olunan şəxslə bağlı nazirin ailəsindən AÇIQLAMA





A+  A-

“Şirvan şəhərində həbs olunan Azər Məmmədov nazir Yavər Camalovun dayısı oğlu deyil”.
XəzərNews.az bildirir ki, bu haqda “Qafqazinfo”ya nazirin ailə üzvlərindən olan Şahin Əliyev açıqlama verib. O, bildirib ki, adam güllələmək ittihamı ilə polis tərəfindən həbs olunan A. Məmmədovun Camalovlar ailəsi ilə yaxın qohumluğu yoxdur: “Sadəcə eyni kənddənik və rayon yerlərində də hamı uzaqdan olsa da bir-biri ilə qohumdur”.

Qeyd edək ki, DİN-in xəbərinə görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyev güllələnib. Polisin keçirdiyi əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.

Mediada yayılan məlumatda bildirilirdi ki, saxlanılan Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur

Xəbər 1587 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +