19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


15.01.2024  12:16 

Rusiya “Kalibr” raketi ilə öz ərazisini vurdu





A+  A-

Yanvarın 13-də rus ordusunun Ukraynaya hücumu zamanı Krasnodar vilayətində iki “Kalibr” raketi yerə düşüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə yanvarın 15-də ASTRA Telegram kanalı məlumat yayıb.

Birincinin qalıqları yerli sakinlər tərəfindən səhər saatlarında Pavlovskaya və Atamanskaya kəndləri arasında aşkar edilib. Regional hakimiyyət orqanları faktı təsdiqləyərək onu naməlum cihaz adlandırıb.

Hərbi ekspert Yan Matveev bunun "Kalibr" olduğunu söyləyib.

Hərbi analitiklər düşmüş raketin foto və videolarını təhlil etdikdən sonra eyni nəticəyə gəliblər. Bu məlumatı sonradan bölgənin fövqəladə hallar xidmətindəki ASTRA mənbələri də təsdiqləyib.

Bu, həmin gün Krasnodar bölgəsinə düşən yeganə Rusiya raketi deyil.

"Yanvarın 13-ü axşam saatlarında Leninqrad vilayətində də "Kalibr"in düşməsi qeydə alınıb. Raket Zapadnıy fermasının yaxınlığındakı sahəyə düşüb. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.

Xəbər 953 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +