Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


28.07.2017  18:54 

Baş Prokurorluq bu sayta xəbərdarlıq etdi





A+  A-

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Moderator.az” informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edilib.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə sensasiya naminə yalan, qərəzli və dəqiqləşdirilməmiş digər məlumatların heç bir lüzum olmadan yayılmaması tövsiyə edilməsinə baxmayaraq, “Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb.

Qeyd edilənlərlə əlaqədar agentliyin baş redaktoru Zülfüqar Hüseynzadə və redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətlərinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər 1301 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +