FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


24.02.2025  12:36 

Mətləb Bağırova hökm oxundu





A+  A-

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: "Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".

Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını söyləyərək, ona bəraət verilməsini xahiş edib.

Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.

Xəbər 834 dəfə oxunub.



08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +