200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.09.2021  15:11 

Birinci yerə 200 000 manat veriləcək - Sərəncam





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycanın əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər 2461 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +