Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib


05.11.2019  13:27 

Qardaşından Araz Əlizadəyə cavab: “Dönüklüyü, xəyanəti bağışlamıram”





A+  A-

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə İctimai Televiziyanın efirində yayımlanan “3D” verilişinin qonağı olub.
Robot-aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə münasibətlərinə də toxunub. Deputat bildirib ki, illərdir küsülü olduğu qardaşına barışıq üçün bir neçə dəfə əl uzatsa da, bu əl havada qalıb. O, artıq bu məsələni unutduğunu söyləyib.

A.Əlizadənin bu fikirlərinə münasibətini öyrənmək üçün onun qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. XəzərNews.az-ın məlumatına görə, o, Modern.az-a açıqlamasında belə bir məsələnin gündəmə gəlməsini qınayıb:

“O, yaxşı edib, əcəb edib danışıb. Bizdə demokratiyadır, İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycanda demokratiya var. Kim nə istəyir danışır, canı sağolsun. Azərbaycanda bu qədər mühüm problemlər qala-qala gör nədən sual verirsiniz?!”

Z.Əlizadə qardaşını bağışlamayacağını qətiyyətlə vurğulayıb:

“Mənə lazım deyil. Heç bilmirəm o verilişdə nə deyib. Bilmək də istəmirəm. Havada qalıb, çox şey havada qalıb. Mən bağışlamıram. Dönüklüyü, əhdi peymanı, xəyanəti bağışlamıram”.

Xəbər 1699 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +