Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


25.04.2025  14:44 

İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib





A+  A-

Kürdəmir İcra Hakimiyyəti 2025-ci il ərazində keçiriəcəyi tədbirlərin təşkili üçün tenderin nəticəsini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, tenderə əsasən İcra Hakimiyyəti təkcə tədbirləri deyil, həm də hədiyyələrin alınmasını nəzərədə tutub.

Qeyd edək ki, Azərbaycan Menecment və İnvestisiya Korporasiyası QSC həmin tədbirlərin təşkilini həyata keçirəcək. Bu məqsədlə 96 min 4 manat sərf olunacaq.

Məsələnin maraqlı tərəfi odur ki, Kürdəmir İcra Hakimiyyəti keçirdiyi tenderdə ötən ay keçirilmiş Novruz Bayramı şənliklərinin xərclərini də daxil edib. Yəni, bir ay öncə baş vermiş bir bayram üçün indi tender keçirib.

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimovdur. O, Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Xəbər 1932 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +