Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


04.02.2025  16:44 

Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər?





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə tədbirlər nəticəsində ölkə ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvləri aşkarlanıb və zərərsizləşdirilib.

Əməliyyatın detalları diqqət çəkir. Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri – Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sözügedən şəxslərin yaratdığı yığınacaqlar, əldə etdiyi silah-sursat ciddi suallar yaradır. Qədir Hacıyev “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunub. Bu, mühüm detaldır.

“Meşə qardaşları” Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyinin Şəriət camaatının tərkibində olan islamçı-cihadçı qrup idi. 2016-cı ilin noyabrında üzvlərinin öldürülməsindən sonra qrupun dağıldığı bildirilir. Xüsusilə 2011-ci ilin aprelində sonuncu rəhbəri İsrapil Vəlicanovun ölümü qruplaşmanın dağılmasında ən böyük səbəb idi.

“Meşə qardaşları”nın yenidən canlanması ehtimalı azdır. Lakin qruplaşmanın İŞİD-in tabeliyinə keçməsi istisna deyil. Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər zamanı zərərsizləşdirilən şəxslərin olduğu məkanda İŞİD bayrağının olması bu faktı bir daha təsdiq edir.

İŞİD faktoru ciddi və narahatverici olsa da, “Meşə qardaşları”nı özünə qatması asan məsələ deyil. Maraqlı məqam budur ki, Azərbaycanda aktivləşmək istəyən terror qrupları şimaldan “ilhamlanır”. Rusiyanın uzun illər “Sadval” kimi separatçı, “Meşə “qardaşları” kimi dini radikal qruplaşmaları bəsləməsi, ayaqda saxlaması bəllidir. İŞİD-in ölkəmizə giriş cəhdinin arxasında birbaşa Rusiyanın olduğunu demək çətindir. Çünki Şimali Qafqaz Rusiya üçün də ciddi problemdir. Şimali Qafqazda Rusiyanın terrorla mübarizəsi davam edir. Aylar öncə Rusiya hüquq-mühafizə orqanları həmin regionda terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirdi.

Çox güman ki, Azərbaycandakı bu qruplarla şimaldakılar arasında birbaşa əlaqə var. Hətta maliyyə, silah, təlimlər, partlayıcı maddələrin hazırlanması üçün dərslər Rusiya ərazisindən həyata keçirilir. Maraqlı bir məqam da ondan ibarətdir ki, şimaldakı qruplar təkcə din yox, milli kimliyi də ön plana çıxarırlar. Yenə deyirəm, Rusiyanın prosesə birbaşa dəstək verdiyini demək çətindir. Çünki bu məsələ Rusiyanın özünün də əleyhinə çevrilə bilər. Amma Kremlin bu prosesin Azərbaycana fokuslanmasına göz yumması mümkün ehtimallar arasındadır.

Turan Rzayev
Politoloq


Xəbər 3483 dəfə oxunub.



12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +