Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


04.08.2020  17:45 

10 kq-dan çox narkotik dövriyyədən çıxarıldı





A+  A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
XəzərNews.az xəbər verir ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayon sakini Abdulla Məmmədov tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 3 qrama yaxın narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Abdulla Məmmədovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Abşeron rayonu Masazır qəsəbəsində kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığı da məlum olub. Polislər tərəfindən həmin ünvana baxış zamanı 855 qram heroin, 6 kiloqram 475 qram tiryək, 1 kiloqram 885 qram qurudulmuş marixuana və 904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abdulla Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran vətəndaşından aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Abdulla Məmmədov tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 2336 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +