“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.09.2021  10:43 

Güləşçimiz İtaliyada bürünc medal qazandı





A+  A-

İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib.
XəzərNews.az xəbər verir ki, qrup mərhələsini uğurla keçən güləşçimiz Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran idmançısı Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabı ilə qalib gələn O.Nəzəriani turnirin bürünc medalına sahib olub.

Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Qeyd edək ki, dünya seriyasının üçüncü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.

Xəbər 2323 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +