“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.01.2021  10:56 

Yaponiyada 60-dan çox insan qar təmizləyərkən öldü





A+  A-

Yaponiyanın şimal bölgələrində qar yığınlarının təmizlənməsi zamanı 60-dan çox insan həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kazuyoşi Aqaba Tokioda keçirdiyi mətbuat konfransında açıqlama verib.

Yaponiya hökuməti resurs çatışmazlığı səbəbindən ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcəyini açıqlayıb.

“Dövlət ehtiyac duyulan resurs miqdarını tez bir zamanda hesablayaraq qar yığınlarının təhlükəsiz şəkildə təmizlənməsi üçün kömək edəcəkdir. Təmizləmə zamanı qeydə alınan rekord ölüm sayından son dərəcə narahatıq”, - deyə Aqaba bildirib.

Nazirin sözlərinə görə, qurbanların sayı 2017-2018-ci ilin qışında qeydə alınmış rekordu ötüb.

Qarla örtülmüş binaları təmizləyərkən ölənlərin əksəriyyəti yaşlı insanlardır. Onlar evlərinin damlarından yıxılaraq və ya qar yığını altında qalaraq həlak olurlar. Bu baxımdan, hökumət yerli hakimiyyət orqanlarına ayrılmış resurslardan ilk növbədə əhaliyə kömək məqsədilə istifadə etmələrini tapşırıb.

Qeyd edək ki, Yaponiyanın Honşu adasının şimalında və şimaldakı Hokkaydo adasında ötən ilin dekabrından bəri davam edən güclü qar yağışı dayanmır. Şiddətli qar mütəmadi tıxaclara, kommunal xidmətlərdə fasilələrə səbəb olur.

Xəbər 1811 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +