“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.09.2019  11:38 

“Toyuq-cücə də saxlayıram...” - Vidadi Zeynalov





A+  A-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus restoranı işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, sabiq aparat rəhbərinə məxsus "Rose Park" restoranı Şamaxının Məlhəm kəndində yerləşir.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Xəbər 2151 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +