“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


01.03.2019  19:34 

Bir ildə bankların 3 filialı, 12 şöbəsi bağlanıb





A+  A-

2019-cu ilin yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
XəzərNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,602.9 mln. manat, cəmi öhdəlikləri isə 25,485.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,117.3 mln. manat olub. 2019-cu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3% (100.4 mln. manat), öhdəlikləri 0.2% (55.0 mln. manat), balans kapitalı isə 1.1% (45.4 mln. manat) artıb. Bankların kredit portfeli 12,541 mln. manat təşkil edib.

Qeyd edilən tarixdə fiziki şəxslərin əmanətləri 7,980.7 mln. manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0.4% (21.1 mln. manat) artaraq 5,500.1 mln. manat olub.

Yanvar ayında bankların əməliyyat mənfəəti 78.2 mln. manat, xalis mənfəəti isə 42.6 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 510 olub. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bank filiallarının sayı 511, şöbələrinin sayı isə 142 olub.

Bank sektorunun işçi heyətinin sayında artım yanvar ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin ilk ayında işçi sayı 1.0% (173 nəfər) artaraq 17 588 nəfər təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1381 nəfər çoxdur.

Xəbər 1678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +