“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.10.2017  10:57 

Ziya Məmmədovun qudası onun başına oyun açdı





A+  A-

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev 300 manat cərimə olunub.
XəzərNews.az bildirir ki, bu barədə “Yeni Müsavat”a məlıumatı S.Vəliyevin özü verib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri və onun müavinlərini tənqid etdiyi üçün məhkəmə onu 300 manat cərimə edib: “Demişdim ki, yeni nazir və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Nazir də bunu özünə təhqir qəbul elədi, məni cərimələtdirdi. Mən 45 il kənd təsərrüfatından danışmışam: rusca, azərbaycanca, ingiliscə. Cinayət Məcəlləsinin 147-148-ci maddəsi ilə məni günahkar bildilər, dedilər, səhv danışmışam. Deməyə də utanıram, dünyanın 60 ölkəsində danışmışam, elmi konfranslarda, beynəlxalq tədbirlərdə çıxışlar etmişəm. İndi sözümü açıq deyə bilmirəm, məhkəməyə verirlər...”

Xatırladaq ki, S.Vəliyevin məhkəməyə verilməsinə səbəb “Cümhuriyət” qəzetinin 13-15 may tarixli sayında yayınlanan müsahibəsi olub. Müsahibədə KTN-ə qeyri-peşəkar kadrların rəhbərlik etdiyini deyən S.Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. S.Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib.

Müsahibədə söylənilən fikirləri təhqir və böhtan kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi S.Vəliyevi məhkəməyə verib. Səbail rayon məhkəməsi isə nazirliyi haqlı sayaraq, sabiq əməkdaşın cərimə olunması barədə qərar çıxarıb.

Xəbər 2393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +