“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.05.2023  18:34 

Abutalıbovun adamına “stop” qoyuldu





A+  A-

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyində vergidən yayınma halları aşkarlayıb.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri olan Mais Məmmədov barəsində protokol dərc edilərək, iş məhkəməyə göndərilib. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xeyrinə qərar çıxarıb və Mais Məmmədovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Bundan narazı olan Mais Məmmədov rəhbəri olduğu qurum adından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında axtarışımız zamanı məlum olub ki, Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin 2 milyon 46 min 178 manat 24 qəpik vergi borcu aşkarlanıb.

Qeyd edək ki, Mais Məmmədov Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri hesab olunur.


Xəbər 971 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +