“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.12.2021  16:16 

Prezident Administrasiyası önündə ETİRAZ - “Tərtər işi“ ilə bağlı...





A+  A-

"Tərtər işi" üzrə həbs edilən şəxslərin ailə üzvləri növbəti dəfə etiraz aksiyası keçirib.

XəzərNews.az xəbər verir ki, Prezident Administrasiyası önündə etiraz edən valideynlər onların şikayətlərinə artıq 5 ildir, baxılmadığını bildirirlər.

Administrasiyada qəbul olunmalarını tələb edən ailə üzvləri qeyd edirlər ki, övladları həbsdə haqsız yerə saxlanılır və əsas günahkarlar, cinayətkarlar azadlıqdadır.

Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz edənləri hazırda PA-da qəbul edəcəkləri barədə məlumat verib və valideynlər qəbulda iştirak etmək üçün Administrasiyanın binasına yaxınlaşıblar.

Aksiya ilə bağlı açıqlama verən DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.


Xəbər 1381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +