“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.06.2021  11:58 

“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.
“ASAN xidmət”dən XəzərNews.az-a verilən məlumata görə, “ASAN müraciət” informasiya sistemi pilot layihə kimi Sumqayıt şəhərində istifadəyə verilib. Sumqayıt şəhər sakinləri bu sistemin imkanlarından yararlana bilirlər. Sistem qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir:

Sumqayıt Şəhər İcra Hakimiyyəti
"Azəriqaz" İstehsalat Birliyi
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

“Android”: https://play.google.com/store/apps/details?id=az.asan.asanapply

“iOS”: https://apps.apple.com/us/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608

Videoçarxlara keçid:

https://youtu.be/70vcbCBcKws

https://youtu.be/Amy5dNYEnIo

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.

Xəbər 1708 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +