Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur


01.06.2017  15:16 

Rəqabət Məcəlləsinin qəbuluna kimlər mane olur...





A+  A-

“Azərbaycanda islahatların dərinləşdirilməsi üçün zəruri olan hüquqi bazalardan biri də Rəqabət Məcəlləsidir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, Rəqabət Məcəlləsi parlamentin iki oxunuşundan keçib.

“Daha sonra müəyyən səbəblərə görə təkmilləşdirilməsi lazım oldu. Amma hələ də həmin məcəllə təkmilləşdirilib parlamentə qaytarılmayıb. Bu məcəllənin qəbul edilməsi üçün aidiyyatı qurumlar gərək prosesi sürətləndirsin. Əgər onlar təkmilləşdirilmə üçün bu sənədi götürüblərsə, məqbul hesab olunan zaman artıq bitib, qaytarsınlar. Yaxşı olar ki, 2017-ci ilin payız sessiyasında bu məcəllə parlamentə daxil olsun”.

Əli Məsimli qeyd edib ki, hazırda Rəqabət Məcəlləsinin üzərində iş aparılır.

“Hansısa nüansla bağlı bu sənədin qəbulu gecikir. Amma mən gecikməyə haqq qazandırmaq istəmirəm. Çünki təkmilləşdirilmə üçün zaman həddindən artıq çox keçib. Bu məsələni ən azı üç ay ərzində həll etmək olar”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 1 ildir ki, onun qəbulu gecikir.

(modern.az)

Xəbər 1729 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +