Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


08.12.2021  07:16 

“Silahlarını qoyub qaçdılar, əsir düşdülər”- Bu söz Ermənistanı qarışdırıb





A+  A-

Zəngəzurda əsir düşən erməni hərbçilərin "fərari" adlandırılması əsgər valideynlərini ayağa qaldırdı...

Ermənistan parlamentinin sədri Alen Simonyanın noyabrın 16-da Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırması ilə bağlı qalmaqallı açıqlamasının videoyazısının internetə sızması İrəvanda aranın qarışmasına səbəb olub.

A.Simonyan belə deyib:

“Bunlar silahı yerə atıb qaçan, azmış adamlardır. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyil ki, məhbusların valideynləri niyə indi fəal deyillər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”.

Bu açıqlamanın mediada və sosial şəbəkələrdə ictimailəşməsindən sonra bu gün hərbi əsirlərin və itkin düşənlərin yaxınları Ermənistan hökumət binası qarşısında etiraz aksiyasına başlayıblar.

Onlar parlamentinin spikerinin aksiya iştirakçılarının qarşısına çıxıb cavab verməsini tələb ediblər.

"Alen Simonyan bizim qarşımıza çıxsın və əsir düşmüş, tkin düşmüş uşaqlarımız haqqında dediklərini izah etsin. Qarşımıza çıxmasa, pis olacaq. Simonyan gəlməyə borcludur. Buradan çıxıb cavab verin. Onun bu sözləri bu deməkdir ki, onun üçün "hərbi əsir yoxdur". Qoy bura toplaşan bütün valideynlərə cavab versin”, - deyə aksiya iştirakçıları tələb ediblər.

Hazırda İrəvanda bir sıra küçələr etirazçılar tərəfindən bağlanıb.

Erməni cəmiyyəti bu saat hər an partlamağa hazır olan barıt çəlləyini xatırladır. Bir himə bənddirlər. Ötən dəfə Mirzoyanı linç edib, kəlləsini əzmişdilər. Bu dəfə deyəsən Simonyanın kəlləsi gedəcək.

Bəybala Mirzəyev




Xəbər 1640 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +