Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


09.11.2021  08:55 

“Koronavirusdan, ölümdən, xəstələrdən varlanırlar”





A+  A-

“İnhisarçılara və oliqarxlara qarşı barışmaz mübarizə vəd etdilər. Yeni inhisarların, yeni oliqarxiyaların formalaşması ilə qarşılaşdıq. Rifah, sərmayələr vəd etdilər, sürətlə artan yoxsulluqla üzləşdik. İmiqrasiyaya söz verdilər, dünyanın hər yerindən ermənilərin Ermənistana gələcəyini dedilər. Əhalinin xaricə axınında böyük artım oldu. Korrupsiyaya, quldurluğa qarşı mübarizə aparacaqlarına söz vermişdilər, bu gün onla talançılığın başçılarıdırlar. Bu gün onlar sizin cibinizdədir, inflyasiyadan, koronavirusdan, ölümdən, xəstələrdən varlanırlar”.

XezerNews.az “Report”a istinadən xəbər verir ki, bu sözləri dünən İrəvanda keçirilən mitinqdə “Ermənistan” blokunun rəhbəri, keçmiş prezident Robert Köçəryan deyib. R.Köçəryan bildirib ki, Nikol Paşinyanın komandası hakimiyyətə gəlmək üçün xalqı aldadıb.

“Biz bütün bunlara dözməyə hazırıqmı, etiraf etməyə hazırıqmı ki, Ermənistanda yalnız qiymətlər, qurbanların sayı, ölənlərin sayı, məzarların sayı, yoxsulluq artır. Bunu qəbul edə bilmərik. Bu, reallıqdır və bütün bunlara qarşı mübarizə aparmağa gəlmişik”, - deyə Köçəryan vurğulayıb.

Keçmiş prezident Ermənistanın hazırkı iqtidarını hakimiyyətdən qovacaqları ilə hədələyib.

“Biz mübarizə aparacağıq və onları ya barrikadalarla, ya da seçkilərlə mütləq qovacağıq. Hər şey yaxşı olacaq", - Köçəryan vurğulayıb.

Xəbər 2019 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +