Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


04.01.2018  18:32 

Qazaxıstan prezidenti: “SSRİ yenidən qurula bilməz“





A+  A-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradılmasının SSRİ-nin “yenidən qurulması” ilə heç bir əlaqəsi olmadığını və birliyin sırf iqtisadi layihə olduğunu bildirib.
XəzərNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu fikri Qazaxıstan lideri tarixi publisistika janrında yazdığı və Qazaxıstanın müasir tarixinə və gələcəyinə müəllifin baxışını əks etdirən Müstəqillik erası” adlı kitabında ifadə edib.

“Səmərəsiz (irrasional, məntiqsiz) qorxulara qapılan kəslərə gəlincə, belələrinə lazımi cavabı hələ 2011-ci ilin oktyabrında vermişəm: SSRİ-nin restavrasiyası və ya reinkarnasiyası baş vermir və bundan sonra da baş verməyəcək. Bu, yalnız keçmişin kabusu, əsassız gümanları və spekulyasiyalarıdır”, – deyə Nazarbayev cümə axşamı şəxsi saytında dərc olunan kitabında yazır.

Nazarbayevin fikrincə, AİB-nin Avropa İttifaqı ilə əməkdaşlıq potensialı böyük əhəmiyyət kəsb edir.

“Məhz buna görə 2016-cı ilin aprel ayında Brüsseldə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında birbaşa dialoqun qurulması təşəbbüsü ilə çıxış etmişəm. Dünya elitasına Avrasiya inteqrasiya prosesləri ilə əlaqədar ən etibarlı informasiyanı çatdırmaq üçün bütün imkanlardan istifadə etmişəm”, - deyə müəllif qeyd edir.

Nazarbayevin sözlərinə əsasən, 2016-cı ilin mart ayında Vaşinqtonda ABŞ hökumət rəsmiləri ilə keçirilən görüşdə AİB-nin sırf iqtisadi ittifaq olduğunu diqqətə çatdırıb.

“SSRİ-nin yenidən qurulmasından heç bir söz gedə bilməz. “Soyuq müharibədən” qalan bu stereotiplərin kökünü kəsmək lazımdır. Onlar bizə gələcəyə baxmağa imkan vermir. Avrasiya İqtisadi Birliyi tam iqtisadi layihədir”, - deyə Qazaxıstan lideri vurğulayıb.

Xəbər 1560 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +