“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.05.2023  11:24 

Millət vəkili şəhid anasını xəstəxanada ziyarət edib - Foto





A+  A-

Millət vəkili Razi Nurullayev şəhid Əli Quliyevin anası Almaz Quliyevanı xəstəxanada ziyarət edib.

XəzərNews.az xəbər verir ki, millət vəkili Ağciyər Xəstəlikləri İnstitutunda şəhid anasını ziyarət edərək sağlamlıq durumu ilə maraqlanıb:

“Almaz xanım indi şükür Allaha yaxşılaşır. Sonra ürək ilə əlaqədar başqa xəstəxanaya köçürüləcək və qayğını əskik etməyəcəyik”.

Qeyd edək ki, şəhid Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub.

Ömrünün 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Onun həyatda ən böyük amalı illərlə düşmən tapdağında qalmış Qarabağı azad etmək olub.

Əli Quliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər 1182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +