“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


15.05.2023  17:57 

Səlim Müslümovun məhkəmə prosesi təxirə salındı





A+  A-

Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin təxirə salınmasına cinayət işinin ayrılmış israfetmə epizodu üzrə dəymiş ziyanın ödənilməsi ilə bağlı yekun məlumatın hazır olmaması səbəb kimi göstərilib.

Hakim deyib ki, həm müdafiə, həm də ittiham tərəfi ziyanın hansı hissədə ödənilməsinin dəqiqləşdirilməsində maraqlıdır.

Proses mayın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Xəbər 1102 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +