“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


09.02.2021  17:23 

Su balansımızı onlayn idarə edə biləcəyik





A+  A-

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi 25 hidroloji məntəqənin quraşdırılması ilə bağlı işləri yekunlaşdırıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, 17 yerdə - əsasən Kür çayının qollarında və digər transsərhəd çaylarda stansiyaların quraşdırılması yekunlaşdırılıb. Bu məlumatlar mərkəzi serverə ötürüləcək və oradan idarə olunacaq.

“Onlar “ASAN Xidmət”də sonradan yaradılmış mərkəzə ötürüləcək və su balansımızın onlayn şəkildə idarə olunmasında mühüm rol oynayacaq. Ölkəmizdə 2020-ci ildə ilk dəfə olaraq 2019-cu ilin su təsərrüfat balansı təsdiqlənib. “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, ETSN , Naxçıvan MR-da əlaqədar qurumlarının səyi nəticəsində bunu hazırladıq və hökumət təsdiq etdi. Biz müəyyən etdik ki, ölkədə formalaşan su nə qədərdir, qonşu ölkələrdən nə qədər su daxil olur və s. Növbəti ilin proqnozu müəyyən olundu və bu bizə imkan verdi ki, su təsərrüfat balansını daha da təkmilləşdirək. Bununla bağlı ASAN Xidmət”də böyük işlər görülür və yaxın vaxtlarda bu məsələ tam həllini tapacaq”.

Xəbər 1851 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +