Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.09.2017  17:14 

Şəxsiyyət vəsiqəsi olmadan bilet ala bilməyəcəksiz





A+  A-

“Qarabağ” artıq Çempionlar Liqasının 2-ci turunda evdə “Roma”ya qarşı keçirəcəyi oyunun biletlərini satışa çıxarıb.
XəzərNews.az xəbər verir ki, klubun rəsmi saytında verilən elanda azarkeşlərin bileti şəxsiyyət vəsiqəsi ilə ala biləcəyi qeyd edilib.

Bu sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. “Qafqazinfo”ya açıqlama verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə aydınlıq gətirib: “Bu “qara bazar”ın qarşısını almağa hesablanıb. Biletlərin üzərində onu alan adamın ad və familiyası yazılacaq. Üstəlik, bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq mümkündür. Əgər kimsə dostuna, qohumuna bilet almaq istəyirsə, onların vəsiqəsi ilə bizə müraciət edə bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də saat 20:00-da başlayacaq.

Xəbər 1687 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +