“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı


28.07.2022  09:49 

SOCAR-ın adından istifadə edib insanları tələyə salırlar...





A+  A-

SOCAR-ın adından istifadə edib insanları tələyə salanlar peyda olub.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu özünün "Facebook" hesabında paylaşım edib. O, tez-tez qarşısına çıxan reklam linkinə tıkladıqdan sonra başına gələnləri yazıb:

"SOCAR-ın unikal layihəsi. Aylıq 1000 manat qazan. Pul necə gəlir gətirir? "İnstagram" və "Facebook"da tez-tez bu yazılı və səsli məlumat qarşıma çıxır. Bir gün mən də linki tıkladım.

Məlumatda deyilirdi ki, Azərbaycan prezidenti oktyabr ayında fərman imzalayıb - hər bir Azərbaycan vətəndaşı artıq SOCAR-ın investoru ola bilər. Prezidentin adı olduğundan çox inandırıcı göründü. Həm də sevindim ki, nəhayət neftdən bizə də bir pay gələcək.
Tənbəllik etməyib qeydiyyatdan keçdim. Az sonra zəng gəldi. Dedi ki, mən mütəxəssisəm sizə köməklik edəcəyəm.

Andrey Solovyovla xeyli söhbət etdik, investisiya barədə mənə çox inandırıcı məlumat verdi. Soruşdu ki, aylıq nə qədər gəlir əldə etmək istərdim? Dedim 10 min olsa, rahat yaşayaram. Qərarlaşdıq ki, mən ilkin olaraq 250 dollarlıq investisiya paketindən başlayım.

Andrey dedi ki, 7 ildir bu sahədə fəaliyyət göstərir, Bakıya da yaxşı mütəxəssis kimi dəvət alıb.

"Əgər bu layihə Azərbaycan vətəndaşları üçün nəzərdə tutulubsa, niyə bütün reklamlar rus dilində yayılır?" - deyə soruşdum. Dedi, bunu mən bilmirəm, reklamçılardan soruşmaq lazımdır.

Məsləhət verdi ki, az miqdarla başlayım, sonra daha böyük məbləğə keçərəm və 10 min manatı qazanaram. "Sən pulun necə gəlir gətirəcəyi barədə sirrləri biləcəksən".

Bir anlıq 10 minləri hesabladım, 10 aya 100 min manat edirdi və bu çox böyük məbləğ idi. Belə getsə, mən 3 ilə yaxşı mətbəə avadanlıqları alacağam və 5 ildən sonra gənc yazarlara yardım fondu yaradacaq, 10 ildən sonra nəşriyyat üçün 40 sotluq böyük anbar tikəcəm. Andrey investisiyanın sirlərini danışır, mən isə qazandığım pulları hesablayırdım.

Artıq iki saata yaxın olardı biz "What`sApp"la danışırdıq. Mənə "Telegram"la link atdı ki, qeydiyyatdan keçim və sonra 250 dollarımın aylıq gəlirini deyəcəkdi.

Göndərdiyi linkdə ümumi məlumatlarımı yazdım. Kartımın da məlumatlarını doldurdum. Sonra hətta məbləği də qeyd etdim ki, ödəyim. Bankdan bu məbləği ödəyib-ödəməyəcəyim barədə mesaj gəldi. Bundan sonra Andreyə ödənişi etdiyim barədə məlumat verdim. Əslində bank qarşısını almasaydı, pul kartımdan silinəcəkdi. Dedim qrafiki göndər artıq ödəniş etmişəm. Gün boyu Andreydən xəbər çıxmadı. Səhəri zəng etdi ki, səndən pul gəlməyib, dedim ödəyəcəm. Sonra sükan arxasında olmağımı bəhanə edib danışığı kəsdim. Daha sonra ondan gələn zənglərə qadağa qoydum. Təsadüfən xarici nömrədən gələn zəngə cavab verdim. Andrey idi. Ona, məni sona qədər inandıra bilmədiyini söylədim. "Daha SOCAR-ın layihəsində iştirak etmək istəmirəm", - dedim.



Xəbər 1505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib


BÜTÜN XƏBƏRLƏR +