Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq


30.05.2017  13:14 

“ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır”





A+  A-

Mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin ATƏT PA –da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.
XəzərNews.az xəbər verir ki, hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın Prezidentinə təşəkkür edən Tahir Mirkişili tədbirin təşkil olunduğu Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib. Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu qeyd edən deputat ölkədə milli azlıqların həm öz adət-ənənənəsi, dili, dini, mədəniyyətlərini qoruduğunu, həm də Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunduğunu qeyd edib. O milli azlıqların nümayəndlərinin icra orqanlarına, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tahir Mirkişili dünyada milli azlıqların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq, bu problemlərin yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas göstərib. O, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini göstərərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırıb və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulayıb.

Xəbər 1831 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +