Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


26.04.2018  15:16 

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək





A+  A-

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların statusu müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinin 47-ci maddəsinə ( Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ) dəyişiklik təklif edilir.

Bələdiyyə mülkiyyətinə aid torpaqlar aşağıdakılardır:

- ümumi istifadədə olan torpaqlar;

- hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar;

- ehtiyat fondu torpaqlarır.

Dəyişikliyə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aid edilir.

Xəbər 1447 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +