Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.10.2019  16:38 

Rusiyada əsgər yoldaşlarını güllələdi - 8 ölü, 2 yaralı





A+  A-

Rusiyanın Zabaykal diyarında hərbi hissələrdən birində silahlı insident yaşanıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, əsgərlərdən biri yoldaşlarına xidməti odlu silahdan atəş açıb. Hadisə nəticəsində 8 hərbiçi ölüb, 2-si xəsarət alıb.

***

Rusiya Müdafiə Nazirliyi insidenti törədən əsgərin saxlanıldığına dair məlumat yayıb.

***

Müdafiə nazirinin müavini Andrey Kartapolovun rəhbərlik etdiyi komissiya hadisə yerinə yollanıb.

***

Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən əsgərin davranışının ilkin səbəbi şəxsi problemlərinə görə əsəb pozğunluğu olub:

“Hadisə yerindən alınan ilkin məlumatlara görə, hərbi qulluqçunun hərəkətləri hərbi xidmətlə əlaqəli olmayan şəxsi vəziyyətlərdən yaranan əsəb pozğunluğu səbəbindən baş verə bilər”.

Xəbər 1432 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +